reklam
Bakıda dünya çempionatı start götürdü -
Sportfm.az xəbər saytı

Bakıda dünya çempionatı start götürdü -ilk medalçılar kimlərdir?


Bu gün Bakıda təşkil olunan  cüdo üzrə dünya çempionatı start götürüb.

Sportfm.az xəbər verir ki, Miilli Gimnastika Arenasında keçirilən yarışın ilk günündə 3 Azərbaycan idmançısı  tatamiyə çıxıb.

60 kq çəkidə çıxış edən Kəramət Hüseynov 5-ci yeri tutub. Orxan Səfərov (60 kq) və Aişə Qurbanlı (48 kq) isə medalçılar sırasına düşə bilməyib. Hər iki idmançı 1/8 finalda uduzub.

60 kq çəkidə yaponiyalı idmançı Naohisa Takato qızıl medal qazanaraq üç qat dünya çempionu olub. Rusiyalı Robert Mşvidobadze gümüş, gürcüstanlı Amiran Papinaşvili və yaponiyalı Ryuju Naqayama bürünc medala sahib olub.

48 kq çəkidə mübarizə aparan qadınlardan 18 yaşlı ukraynalı cüdoçu Darya Beloded qızıl medal qazanıb. Yaponiyalı Funa Tonaki gümüş, argentinalı Paula Pareto və qazaxıstanlı Otqonseseq Qalbadrax isə bürün medala sahib olub.

Oxşar xəbərlər

Avropa kubokunda birinci yer - cüdoçularımızdan böyük uğur
Cüdoçularımızdan 1 qızıl, 2 bürünc medal - Böyük Dəbilqə
İlk gündə 3 medal - Böyük Dəbilqə
Cüdo üzrə dünya çempionatında üç ölkə ilk medallarını qazandı
Dünya çempionatı: Bakıdan 4 qitəyə yollanan 24 medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər