reklam
Almaniyalı məşqçi 600-ə çatdı
Sportfm.az xəbər saytı

Almaniyalı məşqçi 600-ə çatdı


İngiltərə Premyer Liqasının 6-cı turunun “Sauthempton”la oyunu (3:0) “Liverpul”un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.

Sportfm.az xəbər verir ki, bu, alman mütəxəssisin bütün çempionatlarda keçirdiyi 600-cü matç kimi tarixə düşüb. Təcrübəli çalışdırıcı bu göstəriciyə 3 fərqli klubun – Almaniyada “Maynts” və “Borussiya”, İngiltərədə isə “Liverpul”un baş məşqçisi kimi nail olub. 600 oyunun 296-sında qələbəyə sevinən Klopp 146 qarşılaşmada məğlubiyyət acısı yaşayıb. 158 görüş isə heç-heçə başa çatıb.

Qeyd edək ki, bu mövsüm Kloppun başçılığı altında Premyer Liqada keçirdiyi 6 oyunda maksimum nəticə göstərən “Liverpul” 18 xalla turnir cədvəlinə başçılıq edir.(qol.az)

Oxşar xəbərlər

Klopp "Liverpul"dan gedir - Rəsmi açıqlama
Alman məşqçidən yeni rekord
Dünyanın ən yaxşı 5 məşqçisi - SİYAHI
"Liverpul"un futbolçusu zədələndi
Mourinyonun uğurunu təkrarladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər