Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Uilyams öz məşqçisini yalan danışmaqda ittiham etdi
Amerikalı tennisçi Serena Uilyams "US Open"in finalında ona gizlicə tapşırıq verdiyini deyən məşqçisi Patrik Muradoğlunu tənqid edib.
Sportfm.az xəbər verir ki, onun öz məşqçisini yalan danışmaqda ittiham etdiyi müsahibəsi "The Project" şousunun "Twitter" mikrobloqunda dərc olunub.
İdmançının sözlərinə görə, məşqçi oyun zamanı heç vaxt ona işarə verməyib:
"Onun nə danışdığını anlamıram. Mən ondan soruşdum: heç bir işarə olmayıb. Bizim aramızda heç vaxt heç bir işarə olmayıb. O, əl-qol hərəkətləri ilə mənə nəsə göstərişlər verdiyini deyir".
Tennisçi əlavə edib ki, Muradoğlunun "US Open-2018"in finalında baş verən hadisəni təhrif etməsində heç bir məna görmür.
Oxşar xəbərlər
Məşhur tennisçi karyerasını bitirdi
Ən çox qazanan qadın idmançılar - SİYAHI
Serena Uilyams böyük məbləğdə cərimələndi
Raketkanı qırdı, hakimi söydü və cərimələndi
Məşhur idmançıdan dopinq etirafı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası