Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
XXXI Yay Olimpiya Oyunları başa çatdı
Beynəlxalq Olimpiya komitəsinin prezidenti Tomas Bax XXXI Yay Olimpiya Oyunlarını bağlı elan edib. Sportfm.az xəbər verir ki, Rio Olimpiadasında Azərbaycan idmançıları 18 medal qazanıblar:1 qızıl, 7 gümüş və 10 bürünc medal.
Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilib. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur. Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır.
Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.
Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbəst güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).
Oxşar xəbərlər
Azərbaycanda ilin ən yaxşıları müəyyənləşdi
Olimpiyaçılarımız coşqu ilə qarşılandı - FOTOLAR
Rio-2016: XI günündə yeddi Azərbaycan idmançısı yarışacaq
Rio-2016: Azərbaycan idmançılarının VIII günü
Rio-2016: Qadın güləşçilərimiz də Braziliyaya yollandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası