reklam
“Baku Open” beynəlxalq karate turnirinə start verildi
Sportfm.az xəbər saytı

“Baku Open” beynəlxalq karate turnirinə start verildi


Sentyabrın 28-də Azərbaycan Milli Karate Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 9-cu “Baku Open” beynəlxalq karate turniri start götürüb.

Sportfm.az xəbər verir ki, turnirin ilk günündə fərdi kata və kumite yarışlarında 6-7, 9-11 və 12-13 yaşlı oğlan və qızlar mübarizə aparırlar. Turnirdə Azərbaycan karateçiləri ilə yanaşı, Rusiya, İran, Türkiyə, İsveçrə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Fransa, Belarus, Gürcüstan və Ukraynadan 100-dən artıq idmançı qüvvəsini sınayır.

Qeyd edək ki, beynəlxalq turnirə bir sıra ölkələrin karate federasiyalarının rəhbər və rəsmiləri, o cümlədən keçmiş SSRİ-nin tanınmış karateçiləri, aktyorlar və kaskadyorlar da fəxri qonaq və yarış iştirakçısı kimi dəvət olunublar.

Turnirin açılış mərasimi sentyabrın 29-da saat 17:00-da keçiriləcək. Mərasimdə Azərbaycanın idman elitasının nümayəndələri iştirak edəcəklər.

Sentyabrın 29-da yeniyetmə, gənc və veteranlar kata yarışlarında, həmçinin kumitedə 14-15 yaşlı yeniyetmə oğlan və qızlar qüvvələrini sınayacaqlar. Tatamiyə, həmçinin 16-17 yaşlı yeniyetmələr də çıxacaqlar.

Həmçinin veteran kişilər və qadınlar arasında da (35-45 və 46-55 yaş qrupu) yarışlar keçiriləcək.

Turnirin sonuncu günündə isə böyüklər (kişilər 60, 67, 75, 84 və +84 kq, qadınlar 50, 55, 61, 68 və +68 kq çəkilər) mübarizəyə qoşulacaqlar. Fərdi kata çıxışlarından sonra fərdi kumite yarışları da olacaq.

 

Oxşar xəbərlər

20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq karate turniri keçiriləcək
“Baku Open” beynəlxalq turniri başa çatdı
Bakıda beynəlxalq karate turniri keçiriləcək
Bakıda 9-cu “Baku Open” turnirinin açılış mərasimi oldu
Sumqayıtda karate üzrə beynəlxalq turnir başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər