Ronaldo məhkəmə qarşısında -Zorlama iddiası ilə
“Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “Şpigel” alman nəşrini məhkəməyə verəcək.
Sportfm.az xəbər verir ki, məşhur futbolçu 9 il öncə amerikalı Ketrin Mayorqana təcavüz etdiyinə dair məqaləyə görə məhkəməyə üz tutacaq.
İddia ərizəsini Portuqaliyadan olan vəkillər hazırlayır. Kriştiano Ronaldonun vəkili Kristian Şers bildirib ki, futbolçuya onun şərəf və reputasiyasını qorumağa söz verib.
Onun sözlərinə görə, “Şpigel” nəşrinin futbolçunun şəxsi həyatı barədə şübhə yaratması yolverilməzdir.
“Qızıl top”un sahibi bildirib ki, zorlandığını iddia edən qız onun hesabına məşhurlaşmaq istəyir.
Ketrin Mayorqa isə iddia edir ki, futbolçu 2009-cu ilin yayında Las-Veqasda ona təcavüz edib, 1 il sonra bu barədə danışmaması üçün ona 375 min dollar verib.
Oxşar xəbərlər
"Məni təcavüz etməkdə təqsirləndirdikləri üçün çox utanıram" - Ronaldo
Ronaldudan DNT nümunəsi götürüləcək
Ronaldo boynuna aldı - təcavüz etmişəm
Ronaldo ilə bağlı daha bir təcavüz iddiası - Bu dəfə İngiltərədən
Ronaldo təcavüzdə günahlandırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Güləşçilərimiz yarımfinala yüksəldi - Avropa çempionatı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
“Kəpəz” iki futbolçusu ilə peşəkar müqavilə imzaladı
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
“Sabah”ın futbolçusu millini tərk etdi














Misli Premyer Liqası