Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mövsümün ən böyük hesablı nəticəsi
Topaz Premyer Liqasında 2018/19 mövsümünün ən böyük hesabı qeydə alınıb.
Sportfm.az xəbər verir ki, bu, 6-cı turun “Neftçi” - “Səbail” qarşılaşmasına təsadüf edib. 4:0 hesabı ilə qalib gələn meydan sahibləri cari mövsümdə dörd və ya daha çox top fərqilə qələbə qazanan ilk komanda olub.
Mövsümün arxada qalan hissəsində qeydə alınan böyükhesablı nəticələrin hamısında 3 top fərqi gerçəkləşmişdi. “Qəbələ” “Səbail”i 3:0, “Sumqayıt” “Sabah”ı, “Qarabağ” isə “Qəbələ”ni eyni - 4:1 hesabı ilə üstələmişdi.
“Neftçi” “Qəbələ”, “Sumqayıt” və “Qarabağ”dan sonra böyükhesablı qələbə qazanan 4-cü komanda olub. “Səbail” isə 2-ci dəfə ağır məğlubiyyət almaqla “Sabah” və “Qəbələ”ni keçib.
Oxşar xəbərlər
"Neftçi” və “Qarabağ”: 100-dən çox böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında mövsümün rekordu
Premyer Liqamızda ilk böyükhesablı nəticə
Hamı qol vurdu, "Qəbələ" uduzdu
Mövsümün ən böyük hesabı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası