Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək.
E qrupunda yer alan Almaniyanın “Bavariya” klubu “Alyanz Arena”da Hollandiyanın “Ayaks” komandasını qəbul edəcək. Portuqaliya çempionu “Benfika” isə səfərdə Yunanıstanın AEK klubunun qonağı olacaq.
F qrupunda yer alan Almaniyanın “Hoffenhaym” klubu doğma meydanda İngiltərə çempionu “Mançester Siti” komandasını qəbul edəcək. Qrupun digər qarşılaşması Fransada oynanılacaq. “Lion” Ukraynanın “Şaktyor” klubunu qəbul edəcək.
UEFA Çempionlar Liqasının son qalibi İspaniyanın “Real Madrid” klubu G qrupunda səfərdə Rusiyanın MOİK komandasının qonağı olacaq. İtaliyanın “Roma” klubu isə doğma meydanda “Olimpiko” stadionunda Çexiya təmsilçisi “Viktoriya Plzen” klubunu qəbul edəcək.
H qrupunda yer alan İtaliyanın “Yuventus” klubu doğma meydanda İsveçrənin “Yanq Boyz” klubu ilə münasibətlərə aydınlıq gətirəcək. Qrupun digər qarşılaşması isə İngiltərədə baş tutacaq. “Mançester Yunayted” İspaniyanın “Valensiya” klubunu qəbul edəcək.
Çempionlar Liqası, II tur
2 oktyabr
E qrupu
23:00. AEK (Afina, Yunanıstan) - "Benfika" (Portuqaliya)
23:00. "Bavariya" (Münhen, Almaniya) - "Ayaks" (Hollandiya)
F qrupu
20:55. "Hoffenhaym" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
23:00. "Lion" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna)
G qrupu
23:00. MOİK (Moskva, Rusiya) - "Real Madrid" (İspaniya)
23:00. "Roma" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya)
H qrupu
20:55. "Yuventus" (İtaliya) - "Yanq Boyz" (İsveçrə)
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Valensiya" (İspaniya)
Qeyd edək ki, Çempionlar Liqasının II turuna oktyabrın 3-də yekun vurulacaq.
Oxşar xəbərlər
Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq - SİYAHI
Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək
Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq
Çempionlar Liqası: I tura yekun vurulacaq
Çempionlar Liqasında qrup mərhələsinin təqvimi açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası