Şahmatçılarımız Batumidə Gürcüstanı məğlub etdi
Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
Sportfm.az xəbər verir ki, yığma VIII turda meydan sahibləri Gürcüstan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının üstünlüyü ilə yekunlaşıb - 2,5:1,5.
Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub edib. Gülnar Məmmədova öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Zeynəb Məmmədyarova dueldən məğlub ayrılıb.
Bu nəticədən sonra qadınlardan ibarət milli komanda 13-cü xalını qazanıb.
Gürcüstan - Azərbaycan - 1,5:2,5
Salome Meliya - Günay Məmmədzadə - 0:1
İnqa Çarxalaşvili - Zeynəb Məmmədyarova 1:0
Sofio Qvetadze - Xanım Balacayeva - 0:1
Sopiko Xuxaşvili - Gülnar Məmmədova - 0,5:0,5
Oxşar xəbərlər
Qadın şahmatçılarımızdan olimpiadada möhtəşəm qələbə...
Finlandiya önümüzdə aciz qaldı
Azərbaycan şahmatçıları İtaliya yığması ilə heç-heçə etdi
Şahmatçılarımız növbəti qələbəsini qazandı - Olimpiadada
Şahmatçılarımız 43-cü Şahmat Olimpiadasına qələbə ilə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası