reklam
Sportfm.az xəbər saytı

"Səbail"in yeni titul sponsoru məlum oldu


“Səbail” və AZTEA markası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sportfm.az xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, AZTEA markası “Səbail”in titul sponsoru olacaq.

Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 5-də keçiriləcək “Səbail” – “Sumqayıt” oyunundan etibarən “Səbail” klubunun oyun formalarının ön tərəfində AZTEA markasının loqotipi öz əksini tapacaq.

Əməkdaşlığın ilkin olaraq cari mövsümün sonuna qədər olan müddəti əhatə etməsi nəzərdə tutulur. “Səbail”in Bayıl stadionunda keçirəcəyi ev oyunları zamanı arenaya gələn azarkeşlər ödənişsiz olaraq AZTEA çayını dadmaq imkanı da əldə edəcəklər.

Oxşar xəbərlər

“Barselona” 440 milyon avro qazanacaq - Sponsor müqaviləsi
“Səbail”də Rauf Əliyev sevinci - Məşqlərə başladı
"Səbail"də yeni müqavilə - Sponsorluq
"Bayıl Arena"nın adı dəyişdirildi
"Səbail" - "Sabah" matçının başlama saatı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər