Stadionlarda soyutma sistemlərindən istifadə ediləcək -Mundial zamanı
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında texnologiyanın ən son nailiyyətlərindən biri tətbiq olunacaq.
Sportfm.az xəbər verir ki, mundial ərzində stadionlarda soyutma sistemlərindən istifadə ediləcək.
Bu sistemin köməkliyi ilə su buxar şəklində xüsusi soyuducu başlıqlardan keçərək, birbaşa arenaya daxil olacaq və həmin ərazidə havanın temperaturunun 20 dərəcəyə qədər aşağı düşməsinə şərait yaradacaq.
Artıq yeni texnologiya 48 min azarkeş tutumuna malik “Doha Xəlifə” stadionunda sınaqdan keçirilib və uğurlu nəticə əldə olunub.
Qətər rəhbərliyi bu sistemdən istifadə etməklə ölkədəki isti hava şəraitindən (yay aylarında 42-45, qış aylarında isə 25-30 dərəcə) şikayət edən yığmaların narazılığına birdəfəlik son qoymaq istəyir.
DÇ-2022 ilk dəfə payız aylarında – 21 noyabr – 18 dekabr tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
Ofsaydla bağlı yeni sistemdən istifadə ediləcək - FIFA DÇ-2022-də
DÇ-2022 üçün daha bir stadionun açılışı oldu - Qətərdə
Millimizin rəsmi oyunlarında VAR sistemi tətbiq olunacaq
Daha bir çempionatda VAR tətbiq olunacaq
Türkiyədə VAR var olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası