reklam
Makqreqorun məşqçisi Nurməhəmmədovu dəstəklədi
Sportfm.az xəbər saytı

Makqreqorun məşqçisi Nurməhəmmədovu dəstəklədi


MMA üzrə döyüşçü Konor Makqreqorun məşqçisi Con Kavan "PowerfulJRE" YouTube-kanalına müsahibəsində irlandiyalı ilə döyüşdən sonra Həbib Nurməhəmmədovun davasını şərh edib. 

Sportfm.az xəbər verir ki, məşqçi rusiyalının cəzalandırılmasını istəmədiyini söyləyib:"Ümid edirəm ki, Nevada idman komissiyası Həbibi cəzalandırmayacaq. Təkcə Konorla revanş üçün deyil, sadəcə, onun döyüşməsi mənim xoşuma gəlir. Onun reaksiyasını başa düşdüm, ancaq yoldaşlarının yox. Həbib, sadəcə, oktaqondan atılıb, bu, dünyanın axırı deyil", - məşqçi deyib. 

Onun sözlərinə görə, Makqreqorun digər məşqçisi Dillon Denis Nurməhəmmədovun komandasına toxunmaq istəməyib. 

"Mən Dillonun yanında dayanmışdım. Mən onun nə etdiyini görmürdüm, ancaq dəqiq bilirəm ki, pis heç nə deməyib. Ancaq başa düşdüm ki, o, Həbibi təhrik etdi".

Qeyd edək ki, dağıstanlı Həbib Nurməhəmmədov oktyabrın 6-da Las-Veqasda keçirilən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Döyüşdən sonra Nurməhəmmədov oktaqondan kənara atılıb və Konorun məşqçisi Dilon Denisi onun dinini təhqir etdiyinə görə döyüb.

Oxşar xəbərlər

Həbib revanş görüşü istəmir!
Həbibin meneceri Makqreqora hədə-qorxu gəldi
UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı
Nurməhəmmədov Makqreqoru bağışladığını dedi
Nurməhəmmədovu yenə təhqir etdilər: "Həbib murdar heyvandır!"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər