reklam
Malta millisi itki ilə üzləşdi
Sportfm.az xəbər saytı

Malta millisi itki ilə üzləşdi


UEFA Millətlər Liqasının IV turunda Azərbaycan yığması ilə qarşılaşacaq Malta millisi itki ilə üzləşib.

Sportfm.az xəbər verir ki, komandanın kapitanı Maykl Mifsud Bakıda keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcək.

Hücumçu Millətlər Liqasının III turunda Kosovo ilə matçın 70-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırıldığı üçün millimizlə matçı buraxacaq.

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Malta matçı saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

Malta yığması Bakıda ilk məşqinə çıxdı - FOTO
Azərbaycan - Malta oyununun biletləri satışa çıxarıldı
Malta - Azərbaycan: Start heyətləri
Millimiz səfərə yollandı
Norveç millisi Bakıya ciddi itki ilə gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər