reklam
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi -
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi -FOTO


Qusarda kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib.

Sportfm.az xəbər verir ki, çempionatda 100-dək idmançı birincilik uğrunda mübarizə aparıb.

Kişilərin yarışında 10 kilometr məsafəyə qaçış yarışlarında Elman Abışov birinci olub. Əmrah Nağıyev 6, Vahid Kərimov 3, Nahid İsrafilov isə 2 kilometr məsafəyə qaçış yarışlarında bütün rəqiblərini qabaqlayıblar.

Qadınlar arasında 6 kilometr məsafəyə yarışda Anna Yusupova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aynur Əsədzadə 4, Bibixanım Qəmbərova 2, Günel Manafova isə 1 kilometr məsafəyə mübarizədə birinci yeri tutublar.

Komanda hesabında Bakı atletləri birinci olublar. Qusar komandası çempionatı ikinci, Sumqayıt isə üçüncü pillədə başa vurublar.

Oxşar xəbərlər

Federasiya kuboku yarışlarının qalibləri bəlli oldu - FOTO
Açıq birinciliyin qalibləri müəyyənləşdi - FOTO
Velosiped idmanı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
“Pxençan-2018”: 26 ölkənin idmançıları medalçılar sırasında yer aldı
“Pxençan-2018”: 15 ölkədən idmançılar medalçılar arasında yer alıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər