Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz seçmə mərhələnin ən zəiflərindən oldu
21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsi yekunlaşdı.
Sportfm.az xəbər verir ki, millimiz turniri 10 oyundan sonra 3 xalla başa vurdu. 3 heç-heçəsi və 7 yenilgisi olan gənclərimiz qitənin ən zəif komandaları arasında yer alıb.
Millimizlə yanaşı, Lixtenşteyn, San Marino, Estoniya, Andorra və Latviya yığmaları da seçmə mərhələdə qələbə üzünə həsrət qalıblar.
Seçmə mərhələdə 6 qol vuran komandamız yalnız Andorra, San Marino, Lixtenşteyn, Cəbəllütariq və Latviyanı bu göstəricidə üstələməyi bacarıb. Millimiz Andorra, San Marino, Lixtenşteyn və Cəbəllütariqdən sonra qapısında ən çox qol görən komanda olub (21 top).
Oxşar xəbərlər
Millimiz ən zəifləri sırasında - DÇ-2022
Ən zəiflərdən biri - Azərbaycan
Azərbaycan Avropanın ən zəifləri sırasında
Avropa Liqasının yeni mövsümünə start verildi - Andorra təmsilçisi qələbə qazandı
İlk mərhələnin finalçıları müəyyənləşdi - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası