U-16 liqası:Kamal Kazımov sabiq komandasını cəzalandıra biləcəkmi?
Bu gün U-16 Liqasında 4-cü turun oyunları keçiriləcək. Yalnız ROİL – «Qarabağ» matçı sabaha təyin olunub.
Sportfm.az xəbər verir ki, buna səbəb «Zirə» və ROİL-nin eyni məkanı – Aviasiya Akademiyasının meydanını bölüşməsidir. Belə ki, hər 2 komanda ev oyunlarını məhz burada keçirir.
4-cü turun mərkəzi qarşılaşması Qəbələdə baş tutacaq. «Qəbələ» «Keşlə»ni qəbul edəcək. Bu tura kimi xal itirməyən və qapısını toxunulmaz saxlayan qonaqların uğurlu çıxışı davam etdirib-etdirməyəcəyi böyük maraq doğurur. Qarşılaşmanın maraq doğuran digər məqamı isə hazırda "Keşlə"nin şərəfini qoruyan Kamal Kazımovun sabiq komandasına qarşı mübarizə aparmasıdı. "Qəbələ"dən ayrılmasına böyük əngəllər törədilən futbolçu arxada qalan oyunlarda "Keşlə" forması ilə bir dəfə fərqlənib.
U-16 Liqası
4-cü tur
18 oktyabr (cümə axşamı)
12:00 «Zirə» - «Sumqayıt» (Aviasiya Akademiyasının stadionu)
13:00 Gəncə TİM - «Neftçi» İK İB (Gəncə şəhəri, TİM-nin meydanı)
13:30 «Neftçi» - «Turan Tovuz» («Dalğa Arena»nın köməkçi meydanı)
14:00 «Qəbələ» - «Keşlə» (Qəbələ şəhər stadionu)
15:00 «Viləş» - «Səbail» (Masallı şəhəri, A.Banişevski adına stadion)
15:30 İsgəndər Cavadov BFA – «Sabah» («Bakı Baza»)
19 oktyabr (cümə)
12:00 ROİL – «Qarabağ» (Aviasiya Akademiyasının stadionu)
2-ci tur çərçivəsində keçirilmiş «Viləş» - «Qarabağ» matçında birbaşa qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılan Fidayə Əzizli («Qarabağ») və Bəhmən İbadov («Viləş») bu turu da cəza səbəbindən buraxmalı olacaqlar. Digər komandaların heyətində cəzalı futbolçu yoxdur.

Oxşar xəbərlər
U-16 Liqası: "Neftçi" "Qəbələ"ni büdrədə biləcək?
Liqalarda 3-cü turun təqvimi açıqlandı
"Neftçi" "Qarabağ"la Lökbatanda qarşılaşacaq
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası