Sumqayıtlı azyaşlı karateçilər İranda 14 medal qazandı -FOTO
İranda “Tehran Open” beynəlxalq turnirində iştirak edən Sumqayıt karateçiləri yüksək nəticə əldə ediblər.
Sportfm.az ki, azyaşlı karateçilərimiz ümumilikdə on dörd medal qazanıblar. Onlardan beşi qızıl, beşi gümüş, dördü isə bürünc medaldır.
Turnirdə Elməddin Səlimli (6-7 yaş, kata qızıl, kumite gümüş medal), Amil Abbaslı (8-9 yaş, kata gümüş, kumite bürünc medal), Seymur Mütəllimli (8-9 yaş, kata bürünc, kumite qızıl medal), Akif Məmmədli (12-13 yaş, kata bürünc, kumite gümüş medal), Səlbidə Ağalı (10-11 yaş, kata və kumite qızıl medal), Həsən Osmanov (8-9 yaş, kumite gümüş medal), Samirə Babayeva (16-17 yaş, kata gümüş medal), Yusif Hüseynli (8-9 yaş, kumite bürünc medal) və Murad Hüseynov (14-15 yaş, kumite bürünc medal) mükafatçılar sırasında yer alıblar.
İdmançılar turnirə məşqçilər Rafael Məmmədov və Elnurə Ramazanovanın rəhbərliyi altında qatılıblar.
Oxşar xəbərlər
Karateçilərimiz iki bürünc medal qazandı - MDB Oyunları
Rafael Ağayev Tokioya yollandı - Medal olacaqmı?
Yığmamızdan 3 qızıl medal
Azərbaycanın iki karateçisi Avropa çempionu oldu
İrina Zaretska qızıl medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası