reklam
Bakı metrosu oyuna görə rejimini dəyişir
Sportfm.az xəbər saytı

Bakı metrosu oyuna görə rejimini dəyişir


Oktyabrın 25-də Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində çalışacaq. 

Sportfm.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilir ki, əməliyyat planına uyğun olaraq, “Qarabağ" futbol klubunun Avropa Liqasının qrup matçı çərçivəsində Bakı Olimpiya Stadionunda keçirəcəyi ev oyunu zamanı arenaya ən yaxın məsafədə yerləşən "Koroğlu" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq:  

"Əsas vəzifə sərnişinlərin stansiyanın xidmətindən təhlükəsiz və rahat istifadəsini təmin etməkdir. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə canlı qüvvə və texniki vasitələr ayrılacaq. Ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranarsa, xəttə veriləcək". 

Xatırladaq ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqası çərçivəsində Ağdamın "Qarabağ" komandası ilə Ukraynanın "Vorskla" komandaşı qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:55-də başlayacaq.

Oxşar xəbərlər

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək - "Qarabağ"a görə
“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçəcək - “Qarabağ”ın oyununa görə
Azarkeşlərin NƏZƏRİNƏ!
Metro gücləndirilmiş rejimdə işləyəcək - Konfrans Liqası
“Qarabağ”-“Çelsi” oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər