Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Beynəlxalq dərəcəli referimiz İtaliyada keçiriləcək turnirə təyinat aldı
Beynəlxalq dərəcəli həndbol referimiz İtaliyada keçiriləcək turnirə dəvət olunub.
Sportfm.az xəbər verir ki, çimərlik həndbolu üzrə beynəlxalq dərəcəli deleqat Ernest Ağakişi yeni təyinat alıb. O, İtaliyanın Kataniya şəhərində təşkil olunacaq Çempionlar Kuboku turnirində Avropa Həndbol Federasiyasını (EHF) təmsil edəcək.
Noyabrın 1-dən 4-dək keçiriləcək qitə miqyaslı yarışda 32 ölkənin çimərlik həndbolu üzrə çempionu qələbə uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Ernest Ağakişi ənənəvi həndbol üzrə beynəlxalq dərəcəli hakimdir. Çimərlik həndbolunda isə deleqat kimi ölkəmizin yeganə təmsilçisidir.
Oxşar xəbərlər
Hakimlərimizə növbəti beynəlxalq təyinat
Azərbaycanlı hakimə beynəlxalq təyinat - Avropa çempionatı
Azərbaycanlı hakim “Neva”-“Povajska” oyununa təyinat aldı
Hakimlərimiz beynəlxalq oyuna təyinat aldı
Azərbaycanlı hakimlər “Alkmaar” arenasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası