Lukaşenko idmandan danışdı
Belarus Prezidenti Aleksandr Lukaşenko həyatında idmanın rolu barədə danışıb.
Sportfm.az xəbər verir ki, 64 yaşlı dövlət başçısı Respublika Gənclər İttifaqının nümayəndələri ilə görüşündə idmana çox vaxt ayırdığını vurğulayıb. Lakin o, idman zalında, ümumiyyətlə, məşq etmədiyini diqqətə çatdırıb: "Gün ərzində idmana ayırmaq üçün iki saat və ya bir qədər çox vaxt normam var. Bu, mütləqdir. Sizə də küçədə daha çox məşğul olmağı məsləhət görürəm. Səhərlər idmanla 30 - 45 dəqiqə məşğul olmaq lazımdır. Bu, xüsusən kişilərə aiddir. Qaçaraq ayaqları yükləmək, dartınmaq və pres yığmaq lazımdır".
A.Lukaşenkonun əsas məşğuliyyətlərindən biri hokkeydir. Belarus lideri müntəzəm məşq edir və yoldaşlıq görüşlərində oynayır. O, yanvarda Birləşmiş Ərəb Əmirlikləri yığmasına qarşı nümunəvi matçda iştirak edib. Ölkə Prezidenti 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub, qaydanı pozduğu üçün 2 dəqiqə müddətinə oyundan kənarlaşdırılıb.
Oxşar xəbərlər
Aleksandr Lukaşenko buz meydançasında yaralandı - VİDEO
Lukaşenko IOC-un qərarına etiraz edəcək - "Günahımın nə olduğunu söyləsinlər"
Lukaşenkoya qadağa qoyuldu - BOK tərəfindən
"Bizdə Azərbaycandakı qədər pul yoxdur" - Lukaşenko:
5 gün 30 dəqiqə nə üçün kifayət edir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı














Misli Premyer Liqası