reklam
Türkiyə Kubokunda futbolçu xəstəxanalıq oldu -
Sportfm.az xəbər saytı

Türkiyə Kubokunda futbolçu xəstəxanalıq oldu -FOTO


Futbol üzrə Türkiyə Kubokunda keçirilən "Batman Petrolspor" - "Kasımpaşa" oyunu təxirə salınıb.

Sportfm.az xəbər verir ki, buna tribunadan qonaq komandanın futbolçusu Fode Koitaya 90+1-ci dəqiqədə plastik şüşənin atılması səbəb olub. İçi su ilə dolu qab 28 yaşlı futbolçunun üzünə dəyib.

Fransalı forvard ilkin tibbi müayinədən sonra paltardəyişmə otağına gedib. O daha sonra özünü pis hiss edib və təcili tibbi yardımla xəstəxanaya aparılıb. Qarşılaşmanın hakimi Özgür Yankaya oyunu təxirə salıb.

Qeyd edək ki, həmin vaxt "Kasımpaşa" klubu 3:2 hesabı ilə öndə olub.

Oxşar xəbərlər

Premyer Liqa oyunu yarımçıq dayandırıldı
Türkiyə çempionatının oyunu təxirə salındı - Ahmet Çalıkın ölümünə görə
Klub rəsmisi oyun zamanı vəfat etdi
"Fənərbaxça" - "Beşiktaş" matçı ilə bağlı qərar verildi
Baş məşqçi özündən getdi, oyun təxirə salındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər