“Qarabağ”dan paylaşım: "Tarix rəqəmlərlə deyil, zəfərlərlə yazılır!" -VİDEO
Bu gün "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə səfərdə heç-heçə etdiyi oyundan 1 il ötür.
Sportfm.az xəbər verir ki, ötən ilin bu günü - 31 oktyabrda Ağdam klubu çətin Madrid səfərində Avropa nəhəngi ilə 1:1 bərabərə qalaraq, Azərbaycan futbolunda yeni tarix yazmışdı.
"Qarabağ"la oyunlardakı xallar itirən "Atletiko" qitənin ən nüfuzlu turnirində 1/8 finala bilməmişdi. "Qarabağ" Azərbaycan futbolu tarixində Çempionlar Liqasının qrup mərhələsinə düşən ilk klubdur. Bu uğurla bağlı “Qarabağ”ın "Facebook" səhifəsində videoçarx paylaşıb. Videoçarxda kapitan Rəşad Sadıqovun oyun günü səhər Madrid küçəsindəki məşqi zamanı dediyi sözlər də yer alıb. Videoda Rəşad “Atletiko” ilə görüşdə uğur qazanaraq, Qarabağın Azərbaycana məxsus olduğunu növbəti dəfə sübut edəcəklərini deyir. Həmin günün axşamı isə Ağdam klubu Madriddə sensasiyaya imza ataraq bir xal qazanır.
Oxşar xəbərlər
“Qarabağ” Çempionlar Liqasında tarix yazdı
"Qarabağ"ın qurbanları kimdir?
“Qarabağ” “Atletiko” ilə heç-heçədən qazandıqları
Rəqibdən “Qarabağ” paylaşımı – FOTO
"Qalatasaray"dan "Qarabağ"a təbrik: Qürur duydyq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
"Onlar məni dünya çempionu etdilər" - Messi
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku
-
İki boksçumuz yarımfinalda - Avropa Çempionatı















Misli Premyer Liqası