reklam
Valentin Demyanenko Mingəçevirdə
Sportfm.az xəbər saytı

Valentin Demyanenko Mingəçevirdə


Azərbaycan kanoeçisi Valentin Demyanenkonun Rio-2016-da gümüş medal qazanması münasibətilə bu gün Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib. Sportfm.az xəbər verir ki, 33 yaşlı idmançı əvvəlcə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) rəsmiləri ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyub.
Daha sonra Demyanenko Mingəçevirin idman ictimaiyyəti, gənc avarçəkənləri ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib. Daha sonra o, AMAF-ın vitse-prezidenti Natiq Abbasov və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında təcrübəli kanoeçinin anası Vera Demyanenko da iştirak edib. İdmançı və anası yaradılan şəraitə görə, Azərbaycan prezidenti İlham Əliyevə, gənclər və idman naziri Azad Rəhimova, AMAF prezidenti Elçin Zeynalova, "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.
Sonda jurnalistlər idman qurğusunda yaradılan şəraitlə tanış olub, uşaq və yeniyetmə avarçəkənlərin məşqini izləyiblər.
 

Oxşar xəbərlər

Nazir Naxçıvana səfər etdi - Gənclərlə görüşdü
Milli Avarçəkmə Federasiyasında yeni prezident - Təyinat
Para taekvondoçularımız dünya çempionatına hazırlaşır
Rauf Əliyev federasiya prezidenti oldu
Olimpiya mükafatçılarımız karyerasını bitirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər