Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Zidandan Pikeyə cavab
"Real”ın baş məşqçisi Zinəddin Zidan "Barselona”nın futbolçusu Xerard Pikeyə cavab verib. Pike "Real”ın Çempionlar Liqasında həmişə asan yolla irəlilədiyini bildirərək, "kral klubu”na kömək olunduğuna eyham vurmuşdu. Zidan "Real”ın çempionluğu fonunda Pikenin nə istəsə danışa biləcəyini deyib: "Biz Çempionlar Liqasının qalibi olmuşuq. Pike nə istəyir danışa bilər, hamı kimi. Biz mübarizə apardıq və çox vacib bir turnirin qalibi olduq. Hərdən yüngül qarşılaşmalar da olur. Amma bütövlükdə götürdükdə, çox ağır yol keçdik. Pike "Barselona”nı İspaniyanın ən güclü komandası hesab edir? Nə vaxt çempion olsan, onda belə sözləri özünə rəva görərsən. İndi hər şey təzədən başlayır. Qələbəyə isə təkcə "Barselona” ilə "Real” yox, başqa klublar da iddia edirlər”.
Oxşar xəbərlər
Prezident Pikeyə dəstək oldu - "O, “Barselona”ya çox şey verib"
Pike "Barselona"nın prezidenti olmaq istəyir
Zidan "Real"dan getdi!
"Real Madrid" - "Barselona" oyununda 4 qol - VİDEO
Zidan: "Real" heç vaxt uduzmamalıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası