reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin Avropadakı matçını azərbaycanlı hakim idarə edəcək


“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqası çərçivəsində növbəti oyununu keçirəcək.

Sportfm.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar” sabah doğma meydanda Almaniya çempionu “Herta” ilə qarşılaşacaq. Berlin klubu ilə ilk görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 17:00-da başlayacaq.

Görüşün 4-cü hakimi İnqilab Məmmədov, hakim-inspektoru isə AFFA Hakimlər Departamentinin rəhbəri Frits Ştuxlik olacaq.

Komandalar arasında cavab oyunu isə üç həftə sonra – noyabrın 28-də Belində baş tutacaq. Qalib komanda pley-off mərhələsinə yüksələcək.

Xatırladaq ki, “Qəbələ” I mərhələdə Moldova “Şerfi”ini mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.

UEFA Gənclər Liqası

Çempionlar yolu

II mərhələ

7 noyabr, saat 17:00.

“Qəbələ” – “Herta”

Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan)

UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro)

Hakim-inspektor: Frits Ştuxlik (Azərbaycan)

Qəbələ şəhər stadionu

Oxşar xəbərlər

"Qəbələ" UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək
"Qəbələ" "Herta"ya məğlub oldu
"Qəbələ" Almaniya təmsilçisi ilə qarşılaşacaq
"Qəbələ" - "Herta" oyununun hakimləri açıqlandı
"Qəbələ" Moldova klubuna qarşı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər