Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Viza üçün "Qarabağ"ın bazasına gəldilər! -FOTO
Avropa Liqasında çıxış edən “Qarabağ” qrupda son oyununu səfərdə “Arsenal”a qarşı keçirəcək.
Sportfm.az xəbər verir ki, ölkə çempionu oyun üçün Böyük Britaniya vizası əldə etmək məqsədilə lazımi prosesdən keçib.
Bu vizanın verilmə prosesində səlahəyyətli şirkət TLS kluba jest edib. Şirkətin nümayəndələri futbolçuların sıx qrafikini nəzərə alaraq Ağdam təmsilçisinin bazasına gələrək lazımi prosesləri məhz orda yerinə yetirib. Klub rəhbərliyi komandaya dəstək verdiyinə və alicənab hərəkətinə görə başda Elnur Adilov olmaqla TLS şirkətinə xüsusi təşəkkürünü bildirib.
Qeyd edək ki, “Arsenal” – “Qarabağ” qarşılaşması dekabrın 13-də “Emireyts” stadionunda keçiriləcək.
Oxşar xəbərlər
"Emireyts” stadionunda anşlaq olacaq - “Qarabağ” üçün ayrılan biletlərin hamısı satıldı
“Arsenal” klubundan Azərbaycana böyük jest - FOTO
“Qarabağ” İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq
"Qarabağ"ın rəqibi mükafatlandırılacaq
"Qarabağ" "Arsenal"la eyni qrupda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası