"Azərbaycan Milli Antidopinq Agentliyinin fəaliyyətindən razıyıq" -Kreyq Ridi
"Azərbaycanda xüsusi diqqətdə saxladığımız hansısa idman növləri yoxdur".
Sportfm.az xəbər verir ki, bunu Bakıda təşkil etdiyi mətbuat konfransında Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezidenti Kreyq Ridi söyləyib.
O, bildirib ki, rəhbərlik etdiyi qurum mütəmadi olaraq milli təşkilatlarda auditlər aparır: "Biz hər il qadağan olunmuş maddələrin siyahısını yeniləyirik. Çünki antidopinq dünyası sürətlə dəyişir. İstəyimiz odur ki, yerli təşkilatlar məcəlləyə uyğun fəaliyyət göstərsinlər. Azərbaycan Milli Antidopinq Agentliyinin fəaliyyətindən razıyıq. Bu qurum Polşadakı təşkilatla sıx əməkdaşlıq sayəsində çox iş görüb".
Qeyd edək ki, bu gün Bakıda ilk dəfə WADA Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclası keçirilib.
Oxşar xəbərlər
İdmançımıza qalib gələn rusiyalı güləşçi dopinqə görə cəzalanıb
Koronavirus peyvəndi ilə bağlı açıqlama - AMADA
WADA-nın sabiq prezidenti dünyasını dəyişdi
AMADA-nın rəhbərinə yeni vəzifə verildi
RUSADA-nın sanksiyalara etiraz etmək qərarı diqqətə alındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası