reklam
Braziliya Qran-Prisi Rio-de-Janeyroda keçiriləcək
Sportfm.az xəbər saytı

Braziliya Qran-Prisi Rio-de-Janeyroda keçiriləcək


Formula 1-in icraçı direktoru Çeyz Keri Braziliyanın Rio-de-Janeyro şəhərinə səfər edib.

Sportfm.az xəbər verir ki, səfərdə məqsəd Formula 1 yarışlarının Braziliya Qran-Prisi mərhələsinin bu şəhərdə keçirilməsi imkanlarını qiymətləndirmək olub.

Bundan əvvəl Formula 1 rəhbərliyinin Braziliya Qran-Prisi təşkilatçılarından iki il müddətinə üzvlük haqqı almayacağı barədə xəbərlər yayılıb. Formula 1 rəhbərliyinin İnterlaqos trası üzrə hazırkı kontraktı 2020-ci ildə başa çatır.

Qeyd edək ki, Braziliya Qran-Prisi əvvəllər Rio-de-Janeyrodakı trasda keçirilib. Lakin 2016-cı il Olimpiya Oyunları ərəfəsində burada yerləşən avtodrom fəaliyyətini dayandırıb. San-Paulu şəhərinin meri Joao Doria isə vurğulayıb ki, Braziliya Qran-Prisinin başqa şəhərdə keçirilməsi barədə xəbərlər KİV-lər tərəfindən uydurulub.

Oxşar xəbərlər

Formula 1 üçün ciddi təhlükə - Braziliya Qran-prisi
Çin Qran-prisi ardıcıl üçüncü dəfə ləğv olundu - Formula 1
Qran-pri yarışları təxirə salındı - Formula 1
Çin Qran-prisi də təxirə salınır - Formula 1
Azərbaycan Qran-prisi nə vaxt start götürəcək? - Təqvim təsdiq olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər