reklam
Robert Prosineçki xəstəxanaya düşdü -
Sportfm.az xəbər saytı

Robert Prosineçki xəstəxanaya düşdü -FOTO


Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki xəstəxanaya yerləşdirilib. 

Sportfm.az xəbər verir ki, hazırda Bosniya və Herseqovina yığmasına rəhbərlik edən 49 yaşlı mütəxəssis 23 noyabra keçən gecə travmatologiya və ortopediya klinikasına çatdırılıb. Analizlərdən sonra məlum olub ki, o, qarın boşluğundakı problemlərə görə əməliyyat olunmalıdır. 

Prosineçki xəstəliyə görə Bosniya və Herseqovina Futbol İttifaqının yeni ofisinin açılışında iştirak edə bilməyib. 

Qeyd edək ki, Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. Bosniya və Herseqovina yığması xorvatiyalı mütəxəssisin rəhbərliyi ilə Millətlər Liqasında növbəti mərhələyə vəsiqə qazanıb. 

Oxşar xəbərlər

Robert Prosineçki Bosniya və Herseqovina millisindən getdi! - hara gedəcək?
Prosineçkinin istefası qəbul olunmadı
Robert Prosineçki Bakıya qayıdacaqmı? - Son məlumat
Prosineçki bu millini çalışdıracaq
Robert Prosineçki yenidən yığma komandanı çalışdıra bilər - Bosniya və Herseqovina onu istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər