reklam
6 komandaya texniki məğlubiyyət verildi
Sportfm.az xəbər saytı

6 komandaya texniki məğlubiyyət verildi


AFFA İntizam Komitəsi bu gün keçirilən ilcasında sərt qərarlar qəbul edib.

Sportfm.az xəbər verir ki, qurum növbəti dəfə texniki məğlubiyyət cəzaları kəsib.

U-13 Liqasının “Təbriz” TİM – “Kəpəz” (Gəncə) görüşündə birincilərin heyətində lisenziyası olmayan futbolçu iştirak edib ki, bu, onların 0:3 hesablı texniki məğlubiyyətinə səbəb olub. Həmin liqanın “Sabirabad” – “Təhsil” RİM oyununda isə qonaq komanda komanda heyətində yetərsay olmadığından, eyni cəza ilə üzləşib.

Həmçinin U-12 Liqasının “Şirvan” – “Sabirabad” matçında ikincilərin heyətində yetərsay olmayıb və komandaya məğlubiyyət verilib. U-16 Liqasının “İsgəndər Cavadov” BFA – ROİL oyununda ROİL, U-13 Qızlar Liqasının UGİM (Xaçmaz) – “Keşlə” matçında isə “Keşlə” iştirak etmədiyinə görə, 0:3 hesablı texniki məğlubiyyət alıb. 

Futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Yasamal” FKB – “Standard” qarşılaşmasında isə “Yasamal” iştirak etməyib və onlara 0:5 hesablı texniki məğlubiyyət verilib.

Oxşar xəbərlər

3 komandaya texniki məğlubiyyət verildi - Qərar
Dörd komanda texniki məğlubiyyət aldı
AFFA "Leon"u cəzalandırdı
Futzal yığmamızın üzvlərinə üst-üstə 9 oyunluq cəza
"Keşlə"nin futbolçusu rəqibi təhqir etdi, 3 oyun cəzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər