reklam
Sportfm.az xəbər saytı

"Neftçi" bu futbolçu ilə bağlı qərar verdi -FOTO


"Neftçi" 1 aya yaxın müddətdə baxışdan keçirdiyi Mamadu Kane ilə bağlı yekun qərarını verib. 

Sportfm.az xəbər verir ki, noyabrın 9-da Qvineyaya qayıdan legioner bu gün yenidən Bakıya təşrif buyuracaq. 

Roberto Bordin performansından razı qaldığı mərkəz yarımmüdafiəçisi ilə müqavilə bağlanmasını istəyib. 

Ölkəsində "Kaloum Star”ın yetirməsi olan Kane bu gün tibbi baxışdan keçəcək və səhhətində problem aşkarlanmasa, uzunmüddətli kontrakta imza atacaq. 

Kane ölkəsinin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib. Paytaxt təmsilçisi onu havayı əldə edib. 

Əgər onu üçüncü bir tərəfə satarlarsa, bu keçidəddən "Kaloum Star”a da pay çatacaq. Razılaşma bu şəkildə əldə olunub.

Oxşar xəbərlər

"Neftçi" Kane ilə vidalaşdı - Yeni klubuna qoşulacaq
“Neftçi”nin legioneri koronavirusa yoluxdu - Karantin alındı
"Neftçi"nin legioneri milliyə dəvət aldı - DÇ-2022
"Neftçi" bu transferi reallaşdırdı - FOTO
Kane Bakıda məşqə çıxdı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər