reklam
Naqifin kütləviliyi və Gəncədəki
Sportfm.az xəbər saytı

Naqifin kütləviliyi və Gəncədəki "inkişaf" -Qeyd


Gəncədə “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində növbəti idman tədbiri keçirilib.
Sportfm.az xəbər verir ki, AFFA-nın və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Siyavuş Novruzov, Musa Quliyev, Xanlar Fətiyev, Naqif Həmzəyev, şəhər idman ictimaiyyətinin nümayəndələri və 200-ə yaxın məktəbli iştirak edib. Sintetik örtüklü meydançada baş tutan tədbirdə uşaqlara və yeniyetmələrə təmənnasız olaraq "Adidas" yazılı formalar və əylənmək üçün istehsal olunan toplar paylanılıb. 
Tədbirdə çıxış edən layihənin rəhbəri Rauf Əliyev 12 ildir “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsinin uğurla həyata keçirildiyini və 25 mindən artıq uşaq və yeniyetmələrin cəlb olunduğunu bildirib.
Gəncədən seçilən millət vəkili Naqif Həmzəyev isə Gəncənin 2019-cu ildə Avropanın İdman şəhəri seçilməsini xatırladaraq “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi ilə birlikdə yeni tədbirlərin keçirilməsinin Gəncədə idmanın inkişafına və kütləviliyinə təkan verəcəyini qeyd edib. Ancaq ona varlığı ilə yoxluğu bilinməyən "Kəpəz"in Birinci Divizionun turnir cədvəlinin sonlarında süründüyünü, şəhər stadionunun uçmaq üzrə olduğunu xatırladan olmayıb.  
Xatırladaq ki, layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Oxşar xəbərlər

“Açıq Əyləncəli Futbol Məktəbi” bu dəfə Göyçayda - FOTO
AƏFM layihəsi Tovuzda - FOTO
AƏFM layihəsi Sabirabadda - FOTO
“Açıq Əyləncəli Futbol Məktəbi” Saatlıda - FOTO
Göyçayda futbol festivalı keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər