reklam
Məşhur klub 10 avroya satıldı
Sportfm.az xəbər saytı

Məşhur klub 10 avroya satıldı


İtaliyanın "Palermo" klubunun sahibi dəyişib.

Sportfm.az xəbər verir ki, Mauritsio Zamparini klubun səhmlərinin hamısını satıb. 

Zamparini klubu rəmzi olaraq 10 avroya satıb.  Bunun səbəbi mətbəx ləvazimatları və məişət əşyaları istehsal edən şirkətin "Palermo"nun 22.8 milyon avroluq borcunu ödəməklə bağlı öhdəlik götürməsidir.  Yeni sahiblərin klub rəhbərliyi, məşqçilər və futbolçularla bu həftə görüşəcəyi bildirilir.   

Qeyd edək ki, Zamparini kluba 16 il sahiblik edib.  Bu mövsüm B Seriyasında çıxış edən "Palermo" hal-hazırda 13 oyuna 26 xalla 1-ci yeri tutur.  

Oxşar xəbərlər

Futbol klubu fəaliyyətini dayandırdı
ŞOK - "Palermo" həvəskarlar liqasına göndərildi
İtaliyanın lideri satışa çıxarıldı
İtaliya klubu yeni məşqçi ilə anlaşdı
İtaliya klubunda yeni baş məşqçi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər