reklam
FIFA referimiz UEFA kursuna dəvət aldı
Sportfm.az xəbər saytı

FIFA referimiz UEFA kursuna dəvət aldı


Azərbaycanın yeni FIFA referisi Rauf Cabbarov UEFA-nın Portuqaliyanın paytaxtı Lissabonda təşkil edəcəyi kursa dəvət alıb.

Sportfm.az xəbər verir ki, Cabbarov tanışlıq xarakterli kursa çağırılıb. Sayca 28-ci beynəlxalq seminar 2019-cu il yanvarın 27-də işə başlayacaq. Portuqaliya Futbol Federasiyasının dəstəyi ilə təşkil olunacaq kursa ümumilikdə 49 yeni FIFA referisi qatılacaq. Tədbir dörd gün davam edəcək.

Azərbaycanlı referi siyahıda ingilis dili testindən keçənlər arasında göstərilib.

Qeyd edək ki, Rauf Cabbarov azərbaycanlı beynəlxalq dərəcəli 3 baş hakimdən biri kimi, səhhətində problemlər yaranan Ömər Paşayevi əvəzləyib. 

Oxşar xəbərlər

Azərbaycanlı hakimlər Türkiyədə kursa qatıldı
Əliyar Ağayev kursa gedəcək
FİFA referimiz 8 vərəqə göstərdi - Konfrans Liqası oyununda
Azərbaycanlı hakim "Yuventus"un matçına təyinat aldı
FIFA referimiz Avropa çempionatına təyinat aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər