reklam
BOK İdmançılar Komissiyası ən böyük tərkibdə toplaşacaq
Sportfm.az xəbər saytı

BOK İdmançılar Komissiyası ən böyük tərkibdə toplaşacaq


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İdmançılar Komissiyası tarixdə ən böyük tərkibdə toplaşmaq niyyətindədir. Bu tədbir 2019-cu il aprelin 13-dən 15-dək Lozannada idmançıların beynəlxalq forumunda keçiriləcək.

Sportfm.az xəbər verir ki, bu beynəlxalq foruma ilk dəfə olaraq bütün 206 milli olimpiya komitəsini təmsil edən atletlər dəvət olunacaq və iştirakçıların sayı 350 nəfərə çatacaq. Beləliklə, qarşıda ən böyük forum gözlənilir. Dəvət edilənlərin siyahısında: yay və qış olimpiya idman növləri üzrə bütün beynəlxalq federasiyaların idmançılar komissiyalarının, Milli Olimpiya Komitələri Assosiasiyasının, milli olimpiya komitələrinin qitə assosiasiyalarının, Olimpiya Oyunlarının Təşkilat Komitələrinin, Ümumdünya Antidopinq Agentliyinin, Beynəlxalq Paralimpiya Komitəsinin və Ümumdünya Olimpiyaçılar Assosiasiyasının nümayəndələri var.

BOK İdmançılar Komissiyasının strategiyası atletlərin direktiv orqanlarda daha çox təmsil olunması, olimpiya hərəkatının ən yüksək səviyyədə bütün əlaqədar qurumlar tərəfindən idmançıların fikrinin eşidilməsi, həmçinin idmançılar komissiyalarının imkanlarının genişləndirilməsi səylərinə əsaslanır.

Oxşar xəbərlər

Rus idmançılar üçün çətin seçim - Məsələyə baxılacaq
Rusiya idmançılarının beynəlxalq yarışlarda iştirakı üçün şərtlər məlum oldu
Fərid Mansurovun yolunu kim davam edəcək? - Bayraqdarımız kim olsun?
Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq forumda iştirak edir
Azərbaycan nümayəndə heyəti Praqada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər