reklam
Yığmanın məşqçiləri istefaya göndərildi
Sportfm.az xəbər saytı

Yığmanın məşqçiləri istefaya göndərildi


Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov müzakirə olunan məsələlər və qəbul edilən qərarlar haqda danışıb:

“Azərbaycan millisinin və aşağı yaş qrupları üzrə yığmaların son bir ildəki nəticələrinin müzakirəsi aparıldı. Qurban Qurbanovla bağlı da qərar qəbul olundu ki, işini bir yerdə davam etdirsin və müqaviləsinə xitam verilsin.

Bizim üçün “Qarabağ"ın nəticələri də vacibdir. Təcrübə göstərdi ki, iki yerdə çalışmaq çox çətin işdir. AFFA İcraiyyə Komitəsi Qurban müəllimə minnətdarlıq etdi. Təəssüf ki, UEFA Millətlər Liqasında uğurlu nəticələr olmadı”.

Baş katib aşağı yaş qrupu üzrə milli komandalar haqda da məlumat verib:

“Aşağı yaş qruplarından ibarət yığmalar tərəfindən strateji plan təqdim olunmayıb. Bu səbəbdən, U-19 istisna olmaqla, digər yığmaların baş məşqçiləri ilə müqavilələrə xitam verilib. Nəticələrə baxsaq, görərik ki, aşağı yaş qrupları üzrə yığmaların nəticələri və nizam-intizamı yoxdur. Məsələn, U-17 0:4 hesabı ilə uduzur, üstəlik, oyunlar ərzində 4 qırmızı vərəqə alır. Biz ədalətli oyuna əməl etməliyik. Vüqar Məmmədin rəhbərlik etdiyi U-19 elit-raunda vəsiqə qazandığı üçün fəaliyyətini davam etdirəcək".

Oxşar xəbərlər

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası olacaq
AFFA-da Məşqçilər Komitəsinin ilk görüşü keçirildi
"Milliyə əcnəbi rəhbərlik etməlidir" - Vaqif Sadıqov
İcraiyyə Komitəsinin qərarları açıqlandı
Media Komitəsi işinə davam edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər