reklam
İtaliyalı millidən təklif aldığını açıqladı
Sportfm.az xəbər saytı

İtaliyalı millidən təklif aldığını açıqladı


Milli komandamızın baş məşqçisi postuna ən real namizəd olan Canni de Byazi açıqlama verib. 

Sportfm.az xəbər verir ki, 1 ildir ki, işsiz qalan mütəxəssis yeni macəranı həyəcanla gözlədiyini deyib. Lakin o, hansı yığmadan təklif aldığını açıqlamayıb: 

"Xarici ölkənin milli komandasını çalışdırmaqla bağlı təklif almışam və hazırda bunun həyəcanını yaşayıram". 

AFFA italiyalı mütəxəssislə bu həftə həlledici danışıqlar aparacaq. İtaliya mətbuatının məlumatına görə, 62 yaşlı çalışdırcı AFFA-nın şərtlərini qəbul etsə, təyinat baş tutacaq. 

De Byazi İtaliyanın bir neçə klubunu çalışdırıb. O, 2011-2017-ci illərdə Albaniya millisinin "sükanı arxası"nda olub. Mütəxəssis komandanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmışdı. Mütəxəssis son olaraq, 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdırıb.

 

Oxşar xəbərlər

"Sentyabrın 30-dan sonra bütün təklifləri nəzərdən keçirəcəyəm" - De Byazi
De Byaziyə İtaliya millisindən təklif gəlib! - Təfərrüat
AFFA De Byaziyə 900 min avro verəcək - ŞOK rəqəm
İtaliyalı çalışdırıcı millimizə görə klubdan imtina edib?
Azərbaycan millisinin yeni baş məşqçisi kim olacaq? - 2 NAMİZƏD

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər