reklam
Türkiyə - Belarus oyunu azərbaycanlı hakimə tapşırıldı
Sportfm.az xəbər saytı

Türkiyə - Belarus oyunu azərbaycanlı hakimə tapşırıldı


Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakimlər Eldar Zülfüqarovla Eldar Əliyevə növbəti təyinat göndərib. Sportfm.az xəbər verir ki, hər 2 ədalət təmsilçimiz Avropa çempionatının II seçmə mərhələsi çərçivəsində iş başında olacaq. Belə ki, Zülfüqarov Monteneqroda kişi voleybolçular arasında təşkil olunacaq "A" qrupunun ilk dövrəsində 4 hakimdən biri olacaq. O, sentyabrın 16-da ev sahiblərinin İsveçrə ilə, həmçinin 2 gün sonra Almaniya ilə oyununda baş hakim funksiyasını yerinə yetirəcək. Həmyerlimiz Almaniya - İsveçrə duelində (17 sentyabr) isə ikinci referi olacaq.
 
Əliyev "E" qrupunda ədaləti qoruyacaq. CEV Türkiyədə baş tutacaq oyunlarda ona 3 qarşılaşmanı həvalə edib. Həmyerlimiz sentyabrın 15-də Belarus - Hollandiya, 17-də Türkiyə - Belarus matçında əsas hakim olacaq. Əliyev sentyabrın 16-da isə Türkiyə - Hollandiya qarşılaşmasında ikinci referi olacaq.

Oxşar xəbərlər

Azərbaycanlı nümayəndələrə növbəti təyinat
Azərbaycanlı hakim ÇL matçında - Təyinat
Hakimlərimiz Türkiyə və Almaniya klublarının oyununda - Təyinat
Azərbaycanlı hakim "Fənərbaxça"nın oyununda - Çempionlar Liqası
Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər