Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Milan"a şok cəza
UEFA İtaliyanın "Milan" klubunu cəzalandırıb.
Sportfm.az xəbər verir ki, buna klubun maliyyə ilə bağlı "fair-play" qaydalarına riayət etməməsi səbəb olub.
UEFA İtaliya təmsilçisini bu mövsüm üçün Avropa Liqasındakı gəlirdən - 12 milyon avrodan məhrum edib. Komanda növbəti iki mövsümdə avrokuboklarda 21 futbolçu sifariş verə biləcək. "Milan" 2021-ci il iyunun 30-dək problemi həll etməsə, 2022-2023-cü və 2023-2024-cü mövsümlərdə avrokuboklarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Milan" cari mövsüm Avropa Liqasının F qrupunda Yunanıstanın "Olimpiakos" klubuna 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Oxşar xəbərlər
İbrahimoviçə görə klubu cərimələndi - 25 min avro
UEFA Fransa klubuna cəza verdi
UEFA "Milan"ı Avropa Liqasından uzaqlaşdırdı
UEFA-dan "Olimpiakos"a ağır cəza
"Milan" avrokuboklara buraxıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası