reklam
Rəşad Eyubovun yeni klubu müəyyənləşdi
Sportfm.az xəbər saytı

Rəşad Eyubovun yeni klubu müəyyənləşdi


"Neftçi”dən ayrılan futbolçu Rəşad Eyubovun yeni klubu müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, bildirib ki, karyerasını Premyer Liqanın debütantı “Sabah”da davam etdirəcək: “Neftçi”ni az oyun vaxtı aldığım üçün tərk etdim. Karyeramı “Sabah”da davam etdirəcəyəm. Sabah müqavilə imzalamalıyam. Böyük ehtimalla, sözləşmənin müddəti 1,5 illik olacaq”.

Qeyd edək ki, Rəşad Eyubov "Neftçi”yə mövsümün əvvəlində "Sumqayıt"dan keçib. O, komandanın heyətində 6 oyunda meydana çıxıb.

Oxşar xəbərlər

"Sabah"dan ayrılan oyunçu Belarus klubunda - TRANSFER
Millimizin sabiq oyunçusu karyerasını bitirdi - Şəxsi məsələlərə görə
Ekşteyn səviyyəsiz Premyer Liqamızda oynayacaq - "Səbail"ə transfer olundu
Təmkin Xəlilzadə "Sabah"ın formasında - FOTO
Rəşad Eyubov "Neftçi"də - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər