reklam
235 gündən sonra gələn məğlubiyyət...
Sportfm.az xəbər saytı

235 gündən sonra gələn məğlubiyyət...


Dünən keçirilmiş XIV turun oyunları ilə futzal üzrə Yüksək Liqada 2018-2019-cu il mövsümünün II dövrəsinə yekun vuruldu. Turla bağlı maraqlı məqamlardan biri “Araz”ın 235 gündən sonra məğlub olması və zirvəni əldən verməsidir.

Ölkə çempionu sonuncu dəfə ötən mövsümün XXVI turunda məğlubiyyət acısı yaşayıb. Belə ki, aprelin 28-də keçirilmiş oyunda “Marafon Futsal” çempionluğu təmin etmiş “Araz”ı 6:4 hesabı ilə üstələyib. Ötən mövsümün son iki duelini qələbə ilə başa vurmuş Alesionun yetirmələri cari çempionatda dünənə qədər cəmi 3 oyunda xal itirmişdi. Mövsümə “Yasamal” FK ilə 4:4 hesablı heç-heçə ilə start verən “Araz” növbəti xal itkisi ilə VII turda barışmalı olub. EKOL-la duel 2:2 hesabı ilə başa çatıb. IX turun “Xəzər Cənub” – “Araz” qarşılaşması isə daha məhsuldar heç-heçə ilə başa çatıb – 4:4. Dünənki oyunda isə EKOL 3:2hesabı ilə qələbə qazanıb. Ümumiyyətlə, bu, “Araz”ın son illərdə ən zəif göstəricisidir. Komanda qış fasiləsinə qədər 9 xal itirib.

Oxşar xəbərlər

Əzəli rəqiblərin dueli
Həmid və Vladislav meydana çıxa bilməyəcək
Naxçıvan klubu 16-da dayandı
EKOL-un iki oyunçusu cəzaya yaxındır
"Araz"ın oyunu canlı yayımlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər