reklam
Sportfm.az xəbər saytı

"Fənərbaxça" yenə qalib gələ bilmədi


Türkiyə Super Liqasında 17-ci tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Super Liqanın lideri "Başakşəhər" səfərdə "Alanyaspor"la qarşılaşıb və xa itkisi ilə üzləşib. "Beşiktaş" isə "Kasımpaşa"nın qonağı olub. İstanbul klubu çətin səfər matçında darmadağına üzülüb.

Bazar günü daha dörd qarşılaşma baş tutub. "Qalatasaray" "Sivasspor"la münasibətlərinə aydınlıq gətirib. Son çempion bu oyundan inamlı qələbə ilə ayrılıb.

"Trabzonspor" evdə "Rizəspor"a böyük hesabla qalib gəlib. "Ərzurumspor" - "Kayserispor" və "Bursaspor" - "Yeni Malatyaspor" matçlarında tərəflər hərəyə 1 qolla 1 xal qazanıblar.

Son oyun günündə isə "Fənərbaxça" "Antalyaspor"la üz-üzə gəlib. Qarşılaşma qolsuz başa çatıb. Günün digər matçında - "Akhisarspor" - "Konyaspor" görüşündə də qapılara qol vurulmayıb.

Türkiyə Super Liqası, 17-ci tur

22 dekabr

Ankaragücü - Göztəpə 0:3

Qol: Jerom, 50. H.Akbunar, 69. Guffran, 79.

Alanyaspor - Başakşəhər 1:1

Qol: J.Fernandes, 63 - Vişça, 41.

Kasımpaşa - Beşiktaş 4:1

Qol: Sadiku, 11. Diane, 45; 75-pen. Pavelka, 83 - M.Pektemek, 52.

23 dekabr

Ərzurumspor - Kayserispor 1:1

Qol: T.Antalyalı, 45 - Sapunaru, 32.

Bursaspor - Yeni Malatyaspor 1:1

Qol: U.Nayir, 45 - Gilyerme, 46.

Trabzonspor - Rizəspor 4:1

Qol: A.Omur, 24; 68. Rodalleqa, 79. Nvakaeme, 90 - A.Umar, 84.

Qalatasaray - Sivasspor 4:2

Qol: E.Derdiyok, 20-pen. Fequli, 30. Onyekuru, 51; 69 - Robinyo, 9; 41.

24 dekabr

Akhisarspor - Konyaspor 0:0

Antalyaspor - Fənərbaxça 0:0

Oxşar xəbərlər

"Fənərbaxça" Kayseridə "dözmədi"
Həsrət bitdi - "Fənərbaxça" qələbə qazandı
"Qalatasaray" liderlə xal fərqini azaltdı
"Yeni Malatyaspor" Bursadan xalla dönür
"Trabzonspor" İstanbuldan xalla döndü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər