reklam
Güləş hakimlərinin kateqoriyası dəyişdi
Sportfm.az xəbər saytı

Güləş hakimlərinin kateqoriyası dəyişdi


Dünya Güləş Birliyi (UWW) ilin sonunda beynəlxalq kateqoriya alan və dərəcəsini yüksəldən hakimlərin adlarını açıqlayıb.

Sportfm.az xəbər verir ki, imtahanlardan uğurla keçən 6 Azərbaycan hakiminin kateqoriyası dəyişib. Sədi Quliyev ən yüksək kateqoriya hesab olunan I-S dərəcəsinə yüksəlib. Bununla da olimpiya kateqoriyalı Azərbaycan hakimlərinin sayı 4-ə çatıb. Bu da Azərbaycan güləş tarixində yeni rekorddur. 

Elman İsmayılovla Abdul Nuriyev I kateqoriyaya sahib çıxıb. Buna qədər milli hakim statusunda olan Əli Babayev, Həbib Nurulu və Cəlal Bahadurov isə beynəlxalq hakim statusu alaraq, III dərəcəyə yüksəliblər.

Qeyd edək ki, digər I-S dərəcəli hakimlər Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyevdir.

Oxşar xəbərlər

Güləş hakimlərimizin sayı artdı
2 hakimimizin kateqoriyası yüksəldi - FOTO
Hakimlərimiz yeni kateqoriyaya yüksəldi
Güləş hakimlərimizin kateqoriyaları yüksəldi
Milli və beynəlxalq dərəcəli güləş hakimləri ilə görüş keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər