reklam
21 yaşlı türk futbolçu qalmaqala səbəb oldu
Sportfm.az xəbər saytı

21 yaşlı türk futbolçu qalmaqala səbəb oldu


Türkiyə millisinin üzvü Əmrə Mor İspaniyanın "Selta" klubunda qalmaqala səbəb olub. 

Sportfm.az xəbər verir ki, xəstələndiyini söyləyən 21 yaşlı yarımmüdafiəçi 2019-cu ildə ilk məşqinə bu gün çıxıb. Lakin İspaniya mətbuatı Əmrənin xəstələnmədiyini, Dubaya dincəlməyə yollandığını yazıb. İddiaya görə, türkiyəli futbolçu gecə klublarında olub, parti təşkil edib. 

Məsələ ilə bağlı danışan Viqo klubunun baş məşqçisi Migel Kardoso bunları söyləyib: "Əmrə yeni ildən sonra ilk dəfə məşqə çıxdı. Bu ərəfələrdə xəstə idi. Ötən gün məşqə gələcəkdi, amma özünü yaxşı hiss etmədyini bildirib. Bu gün vəziyyəti yaxşı görünürdü. Əgər Əmrə həqiqətən də Dubayda olubsa, artıq mənim üçün o adam ölüb! O, yeni ildə mənə mesaj yolladı ki, hələ də xəstəyəm. Yeni il günün səhəri isə həkim onu yoxlayıb və mənə yaxşı olduğunu söyləyib. Bu məsələni araşdıracağıq". 

Qeyd edək ki, Əmrə Mor 2017-ci ildən "Selta"da çıxış edir.

Oxşar xəbərlər

Əmrə Mor "Selta"ya da lazım olmadı - Futbolçu satışa çıxarıldı
Türk futbolçudan can qurtarmaq üçün yollar axtarılır - Çöküş
Mor əvəzedici komandaya göndərildi
Mor gəldiyi yerə qayıdır?
İspaniya klubu türk futbolçudan qurtulmaq istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər