Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı atlet Xorvatiyada ikinci oldu
Azərbaycanlı atlet Ramil Quliyev növbəti medalını qazanıb. Sportfm.az xəbər verir ki, Türkiyə millisinin şərəfini qoruyan həmyerlimiz Xorvatiyada Boris Hanzenkoviçin xatirəsinə həsr edilmiş 66-cı ənənəvi turnirdə qüvvəsini sınayıb. Rio-2016-nın iştirakçısı Zaqreb şəhərində "Çelenc” seriyası üzvə 200 metr məsafəyə qaçışda 20,23 saniyəlik göstərici ilə ikinci yeri tutub. Gümüş mükafatçı yalnız kanadalı Aron Braundan (20,15) geri qalıb. Üçüncü yeri isə ingiltərəli Daniel Talbot (20,39) tutub.
Müqayisə üçün əlavə edək ki, Ramil Quliyev gümüş mükafat qazandığı Avropa çempionatında 200 metr məsafəni 20,51 saniyəyə, 8-ci yeri tutduğu Rio-2016-da isə 20,43 saniyəyə qət etmişdi.
Qeyd edək ki, azərbaycanlı atlet 2016-cı il mövsümünün son yarışına sabah Brüssel şəhərində təşkil ediləcək "Diamond Liqası” çərçivəsində çıxacaq.
Oxşar xəbərlər
Azərbaycanlı atlet Fransada keçirilən beynəlxalq turnirin qalibi oldu
Ramil Quliyev “Diamond League”də qalib gəldi
Azərbaycanlı atletdən tarixi uğur
Rio-2016: Azərbaycanlı atlet finalda
Ramil Quliyev Türkiyə rekordunu yenilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası