Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıya gələn deputat prezident olmaq istəmədi!
Futbol üzrə Rusiya yığmasının sabiq baş məşqçisi Valeri Qazzayev qərarını verib.
Sportfm.az xəbər verir ki, bir müddət öncə Vasili Mutkonun Rusiya Futbol İttifaqının prezidenti postundan istefasından sonra Qazzayevin namizədliyini irəli sürəcəyi bildirilirdi. Ancaq son açıqlamasında Rusiya Dumasının sabiq deputatı prezidentlik postuna göz dikmədiyini söyləyib. İşlərinin çox olduğunu önə sürən Qazzayev bu vacib posta daha çox vaxt ayıra biləcək birinin seçilməsini də məqsədəuyğun hesab etdiyini deyib.
Qeyd edək ki, Valeri Qazzayev bir müddət öncə Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu üçün Bakıya gəlmişdi.
Oxşar xəbərlər
"Çempionluğu onlara vermək olmaz" - Valeri Qazzayev
"Azərbaycan Premyer Liqasında minimum 16 komanda olmalıdı" - Valeri Qazzayev
"Bunlar Azərbaycan futbolunun canlı əfsanələridir"- Valeri Qazzayev
Vəli Qasımovun yubileyində 10 qol
Yubileyə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası