reklam
Mourinyo özünə yeni iş tapdı
Sportfm.az xəbər saytı

Mourinyo özünə yeni iş tapdı


Dekabrda "Mançester Yunayted"dən qovulan Joze Mourinyo yeni iş yeri tapıb.

Sportfm.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "beİN Sports"un Orta Şərq və Şimalı Afrikadan olan yayımlarında iştirak edəcək.

55 yaşlı mütəxəssis, Asiya futbol çempionatının qrup mərhələsi çərçivəsində yanvarın 17-də keçiriləcək Qətər - Səudiyyə Ərəbistanı və yanvarın 19-da baş tutacaq "Arsenal" - "Çelsi" oyunları üçün hazırlanacaq proqramda təhlillərini və şərhlərini izləyicilərlə paylaşacaq.

Bundan əvvəl Zlatan İbrahimoviç, Arsen Venger, Uelsli Sneyder, Yaya Ture kimi futbol adamları da "beİN Sports"la eyni qaydada əməkdaşlıq edib.

Oxşar xəbərlər

Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
Mourinyo DÇ-2018-də Rusiya telekanalı ilə əməkdaşlıq edəcək
Mourinyo "Mançester Yunayted"lə müqaviləsini 2020-ci ilədək uzatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər