Azərbaycanın buraxılmadığı AÇ-da iştirak edəcək bütün komandalar
Kişi və qadınlar arasında voleybol üzrə Avropa çempionatında iştirak edəcək bütün komandalar müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Azərbaycan yığması yalnız qadınların mübarizəsində təmsil olunacaq.
Qadınlar arasında Avropa çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.
Yarışda Azərbaycanla yanaşı, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Almaniya, Hollandiya, Yunanıstan, İspaniya, İtaliya, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, İsveçrə və Estoniya iştirak edəcək.
Avropa çempionatı avqustun 23-dən sentyabrın 8-dək Türkiyə, Polşa, Macarıstan və Slovakiyada baş tutacaq. Püşkatma isə yanvarın 23-də Türkiyənin İstanbul şəhərində olacaq.
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi İsveç yığmasına 0:3 hesabı ilə məğlub olduqdan sonra Avropa çempionatına yüksələ bilməyib.
Oxşar xəbərlər
Millimiz Avropa çempionatında iştirak edəcək
Millimiz Avropa çempionatında mübarizəyə başlayır
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
İtaliya və Türkiyə yığmamızla eyni qrupda
Yığmamız ilk oyununu Polşaya qarşı keçirəcək - AÇ başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası