Türk futbolçu italyanları heyrətləndirməkdə davam edir
İtaliyanın "Roma" futbol klubunun yarımmüdafiəçisi Cengiz Ündər 2018-ci ildə klubun ən yaxşı oyunçusu seçilib.
Sportfm.az xəbər verir ki, 21 yaşlı türk futbolçu azarkeşlər arasında keçirilən səsvermədə 62 faiz səs toplayıb. Səsvermədə futbolçulardan Castin Klüvert və Nikolo Zanolo 17, Annamaria Serturini isə 4 faiz səs toplayıblar.
2017-ci ilin yayında paytaxt təmsilçisinin heyətinə qatılan yarımmüdafiəçi komandanın heyətində 55 oyunda 14 qol vurub. O, cari mövsümdə "Roma"nın tərkibində İtaliya çempionatında 17 oyunda 3, UEFA Çempionlar Liqasında isə 6 matçda 3 dəfə fərqlənib.
Cengiz Ündər 2016-cı ildən Türkiyə millisinin heyətində çıxış edir. Yarımmüdafiəçi milli komandada 10 oyunda 4 qol vurub.
Oxşar xəbərlər
"Roma"nın futbolçusu Mourinyonun hədəfində
Cengizin transfer qiyməti müəyyənləşdi
Cengiz Ünderin qiyməti açıqlandı - 40 milyon avro
"Roma" Ünderlə müqaviləni uzatdı
Türk futbolçu mövsümün ən yaxşısı oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi
-
İlk oyunların hakimləri açıqlandı - Azərbaycan Kuboku
-
Millimiz bu gün Cəbəllütariqlə qarşılaşacaq
-
Günün canlı yayımlayacaq oyunları - TV AFİŞA















Misli Premyer Liqası