AGF ilin ilk dünya kubokuna hazırlaşır
Azərbaycan Gimnastika Federasiyası (AGF) fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışlarına hazırlaşır.
Sportfm.az xəbər verir ki, turnirdə 30 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir. 2019-cu və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 dünya kuboku yarışları keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.
Turnirdə iştirak edəcək nümayəndə heyətlərinin adlarının qeyd olunduğu siyahı yanvarın sonlarında məlum olacaq.
Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edəcəklər.
İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.
Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Oxşar xəbərlər
31 ölkənin idmançıları Bakıya toplaşacaq
Bakıda finalçılar müəyyən olundu
Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi - FOTO
Malkindən böyük uğur - Dünya Kubokunun finalına çıxdı
"İndi mən əvvəlkindən daha az hündürlüyə tullanıram" - Yeni Zelandiya gimnastı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası